Azərbaycan-Rusiya gömrük xidməti əməkdaşlarının işgüzar görüşü keçirilmişdir
Aprelin 9-da Dövlət Gömrük Komitəsində Azərbaycan və Rusiya gömrük xidməti əməkdaşlarının işgüzar görüşü keçirilmişdir. Tədbirdə Dövlət Gömrük Komitəsinin sədr müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev və Rusiya Federasiyası Federal Gömrük Xidməti rəhbərinin müavini İqor Zavrajnov iştirak etmişlər.
Görüşü DGK sədrinin müavini Əsgər Abdullayev açaraq bildirmişdir ki, ötən il Moskvada Azərbaycan və Rusiya gömrük xidmətləri arasında qaçaqmalçılıq və gömrük qaydalarının pozulması ilə mübarizə sahəsində birgə tədbirlərə dair əldə olunmuş razılaşma uğurla həyata keçirilir, tərəflər sözügedən istiqamətdə qarşılıqlı səmərəli fəaliyyət göstərir. Bu sahədə informasiya mübadiləsi intensivləşmiş və bu əməkdaşlıq qaçaqmalçılıq və gömrük qaydalarının pozulması ilə mübarizə işinə öz töhfəsini verir.
Rusiya Federasiyası FGX rəhbərinin müavini İ.Zavrajnov Azərbaycan və Rusiya gömrük orqanlarının qarşılıqlı əməkdaşlığının inkişafından razı qaldıqlarını və ölkəsində buna yüksək qiymət verildiyini vurğulamışdır. O, tərəflər arasında qaçaqmalçılıq və gömrük qaydalarının pozulması ilə mübarizə sahəsində Moskvada razılaşdırılan Tədbirlər Planına əsasən Azərbaycan və Rusiya gömrük əməkdaşlarının ildə iki dəfə görüşünün keçirilməli olduğunu xatırladaraq ilk belə tədbirin Bakıda baş tutmasından məmnunluğunu bildirmişdir.
Sonra DGK Qaçaqmalçılıq və Gömrük Qaydalarının Pozulması ilə Mübarizə Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Güloğlan Muradlı "Hüquq-mühafizə sahəsində Azərbaycan-Rusiya əməkdaşlığının vəziyyəti və perspektivləri, eləcə də 2007-2008-ci illərdə Azərbaycan Respublikası və Rusiya Federasiyası gömrük orqanlarının gömrük hüquqpozmaları ilə mübarizə sahəsində əməkdaşlığının effektivliyinin artırılması üzrə təşkilati və praktiki xarakterli Tədbirlər Planı"nın icrası haqda məruzə ilə çıxış etmişdir. O vurğulamışdır ki, Tədbirlər Planının icrasına başlandıqdan sonra tərəflər arasında informasiya mübadiləsi keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş, bu iş sistemli və davamlı xarakter almışdır.
Öz növbəsində, Rusiya Federasiyası FGX Qaçaqmalçılıqla Mübarizə Baş İdarəsinin rəis müavini İ.Voloşenko tərəflərin qarşılıqlı əlaqələrinin hazırkı vəziyyəti və perspektivləri barədə çıxış etmişdir. O, Azərbaycan və Rusiya gömrük orqanları arasında qaçaqmalçılıq və gömrük qaydalarının pozulmasına dair məlumatların mübadiləsilə kifayətlənməyib, eyni zamanda, bu kimi hüquqpozmalara şərait yaradanların və ya təşkilatçıların ifşasına yönələn faktlarla da məlumatlandırılmanın zəruriliyini nəzərə çatdırmışdır.
Görüşdə Azərbaycan və Rusiya gömrük orqanları arasında qaçaqmalçılıq və gömrük qaydalarının pozulması ilə mübarizə sahəsində əməkdaşlığın daha səmərəli şəkildə həyata keçirilməsinə dair təkliflər irəli sürülmüş və fikir mübadiləsi aparılmışdır.
Tədbir başa çatdıqdan sonra Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Rusiya nümayəndə heyətini qəbul etmişdir. Komitə sədri Azərbaycanla Rusiya arasında bütün sahələrdə, o cümlədən gömrük sahəsində əlaqələrin genişlənməsindən məmnunluqla söhbət açmış, Azərbaycan və Rusiya gömrük xidməti əməkdaşlarının işgüzar görüşünün də bu işə öz töhfəsini verəcəyinə əminliyini ifadə etmişdir.
Sonda DGK sədri Aydın Əliyev Rusiya Federasiyası FGX rəhbərinin müavini İqor Zavrajnovu "Gömrük əməkdaşlığının möhkəmləndirilməsinə görə" döş nişanı ilə təltif etmişdir.
Həmin gün rusiyalı qonaqlar müstəqil Azərbaycan dövlətinin memarı, xalqımızın ümummilli lideri Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət etmiş, eləcə də vətənimizin azadlığı və bütövlüyü uğrunda canlarından keçmiş oğul və qızlarımızın Şəhidlər xiyabanındakı məzarları üzərinə tər çiçəklər düzmüş, "Əbədi məşəl" kompleksi önünə əklil qoymuşlar.
Qeyd edək ki, Rusiya Federasiyası Federal Gömrük Xidməti nümayəndə heyətinin Bakıya səfəri aprelin 11-dək davam etmişdir. Səfər zamanı qonaqlar Azərbaycanın Rusiya ilə sərhəddə yerləşən Xaçmaz Gömrük İdarəsinin "Samur" və «Şirvanovka» gömrük postlarında olmuş, azərbaycanlı həmkarlarının iş şəraiti ilə maraqlanmış və razılıqlarını ifadə etmişlər. Səfər çərçivəsində qonaqlar, həmçinin ÜGT-nin Bakıdakı Regional Tədris Mərkəzi, DGK-nın Kinoloji Mərkəzi, "Azərterminalkompleks" Təsərrüfat Hesablı Xarici İqtisadi Birliyi və Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə də baş çəkmiş, bu müəssisələrin fəaliyyətilə yaxından tanış olmuşlar.
Görüşü DGK sədrinin müavini Əsgər Abdullayev açaraq bildirmişdir ki, ötən il Moskvada Azərbaycan və Rusiya gömrük xidmətləri arasında qaçaqmalçılıq və gömrük qaydalarının pozulması ilə mübarizə sahəsində birgə tədbirlərə dair əldə olunmuş razılaşma uğurla həyata keçirilir, tərəflər sözügedən istiqamətdə qarşılıqlı səmərəli fəaliyyət göstərir. Bu sahədə informasiya mübadiləsi intensivləşmiş və bu əməkdaşlıq qaçaqmalçılıq və gömrük qaydalarının pozulması ilə mübarizə işinə öz töhfəsini verir.
Rusiya Federasiyası FGX rəhbərinin müavini İ.Zavrajnov Azərbaycan və Rusiya gömrük orqanlarının qarşılıqlı əməkdaşlığının inkişafından razı qaldıqlarını və ölkəsində buna yüksək qiymət verildiyini vurğulamışdır. O, tərəflər arasında qaçaqmalçılıq və gömrük qaydalarının pozulması ilə mübarizə sahəsində Moskvada razılaşdırılan Tədbirlər Planına əsasən Azərbaycan və Rusiya gömrük əməkdaşlarının ildə iki dəfə görüşünün keçirilməli olduğunu xatırladaraq ilk belə tədbirin Bakıda baş tutmasından məmnunluğunu bildirmişdir.
Sonra DGK Qaçaqmalçılıq və Gömrük Qaydalarının Pozulması ilə Mübarizə Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Güloğlan Muradlı "Hüquq-mühafizə sahəsində Azərbaycan-Rusiya əməkdaşlığının vəziyyəti və perspektivləri, eləcə də 2007-2008-ci illərdə Azərbaycan Respublikası və Rusiya Federasiyası gömrük orqanlarının gömrük hüquqpozmaları ilə mübarizə sahəsində əməkdaşlığının effektivliyinin artırılması üzrə təşkilati və praktiki xarakterli Tədbirlər Planı"nın icrası haqda məruzə ilə çıxış etmişdir. O vurğulamışdır ki, Tədbirlər Planının icrasına başlandıqdan sonra tərəflər arasında informasiya mübadiləsi keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş, bu iş sistemli və davamlı xarakter almışdır.Öz növbəsində, Rusiya Federasiyası FGX Qaçaqmalçılıqla Mübarizə Baş İdarəsinin rəis müavini İ.Voloşenko tərəflərin qarşılıqlı əlaqələrinin hazırkı vəziyyəti və perspektivləri barədə çıxış etmişdir. O, Azərbaycan və Rusiya gömrük orqanları arasında qaçaqmalçılıq və gömrük qaydalarının pozulmasına dair məlumatların mübadiləsilə kifayətlənməyib, eyni zamanda, bu kimi hüquqpozmalara şərait yaradanların və ya təşkilatçıların ifşasına yönələn faktlarla da məlumatlandırılmanın zəruriliyini nəzərə çatdırmışdır.
Görüşdə Azərbaycan və Rusiya gömrük orqanları arasında qaçaqmalçılıq və gömrük qaydalarının pozulması ilə mübarizə sahəsində əməkdaşlığın daha səmərəli şəkildə həyata keçirilməsinə dair təkliflər irəli sürülmüş və fikir mübadiləsi aparılmışdır.
Tədbir başa çatdıqdan sonra Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Rusiya nümayəndə heyətini qəbul etmişdir. Komitə sədri Azərbaycanla Rusiya arasında bütün sahələrdə, o cümlədən gömrük sahəsində əlaqələrin genişlənməsindən məmnunluqla söhbət açmış, Azərbaycan və Rusiya gömrük xidməti əməkdaşlarının işgüzar görüşünün də bu işə öz töhfəsini verəcəyinə əminliyini ifadə etmişdir.
Sonda DGK sədri Aydın Əliyev Rusiya Federasiyası FGX rəhbərinin müavini İqor Zavrajnovu "Gömrük əməkdaşlığının möhkəmləndirilməsinə görə" döş nişanı ilə təltif etmişdir.Həmin gün rusiyalı qonaqlar müstəqil Azərbaycan dövlətinin memarı, xalqımızın ümummilli lideri Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət etmiş, eləcə də vətənimizin azadlığı və bütövlüyü uğrunda canlarından keçmiş oğul və qızlarımızın Şəhidlər xiyabanındakı məzarları üzərinə tər çiçəklər düzmüş, "Əbədi məşəl" kompleksi önünə əklil qoymuşlar.
Qeyd edək ki, Rusiya Federasiyası Federal Gömrük Xidməti nümayəndə heyətinin Bakıya səfəri aprelin 11-dək davam etmişdir. Səfər zamanı qonaqlar Azərbaycanın Rusiya ilə sərhəddə yerləşən Xaçmaz Gömrük İdarəsinin "Samur" və «Şirvanovka» gömrük postlarında olmuş, azərbaycanlı həmkarlarının iş şəraiti ilə maraqlanmış və razılıqlarını ifadə etmişlər. Səfər çərçivəsində qonaqlar, həmçinin ÜGT-nin Bakıdakı Regional Tədris Mərkəzi, DGK-nın Kinoloji Mərkəzi, "Azərterminalkompleks" Təsərrüfat Hesablı Xarici İqtisadi Birliyi və Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə də baş çəkmiş, bu müəssisələrin fəaliyyətilə yaxından tanış olmuşlar.
DGK Mətbuat Xidməti
