Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olması və qanunvericiliyin sözügedən təşkilatın tələblərinə uyğunlaşdırılması ilə əlaqədar bu ilin mart-aprel aylarında ÜTT-nin Gömrük Qiymətləndirilməsi Sazişi üzrə “Təlimçilərin təlimi” adlı treninq keçirilmişdir. Tədbir ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycanda Ticarət və İnvestisiya İslahatlarına Dəstək Proqramı çərçivəsində Dövlət Gömrük Komitəsi və İqtisadi İnkişaf Nazirliyinin əməkdaşları üçün təşkil olunmuşdur.Təlimi ABŞ-ın gömrük orqanlarında yüksək vəzifələrdə çalışmış, bir çox ölkələrin qanunvericiliyinin ÜTT-nin tələblərinə uyğunlaşdırılması prosesində fəal iştirak etmiş və gömrük sahəsində 50 illik təcrübəyə malik beynəlxalq ekspert Ben İrvin aparmışdır. Məqsəd ÜTT-nin qiymətləndirmə prinsipləri və bu sahənin xüsusiyyətləri haqqında, eləcə də Sazişin tətbiqi sahəsində dünya təcrübəsi ilə iştirakçıları məlumatlandırmaq, onları Azərbaycanda qiymətləndirmə sahəsində yeni nəsil mütəxəssislərin hazırlanmasına dair geniş biliklərlə təmin etmək və bu sahədə çalışan peşəkar yerli mütəxəssislərlə təcrübə mübadiləsi aparmaq olmuşdur. Davamı...